
Bakı. Trend:
Sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə
əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyən edilməsinin yeni
qaydaları müəyyənləşdirilir.
Trend-in
məlumatına görə, bu məsələ Milli Məclisin Əmək və sosial siyasət
komitəsinin bugünkü iclasında müzakirə olunan “İstehsalatda bədbəxt
hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik
edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Mövcud qanunvericiliyə əsasən, sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsinin müəyyənləşdirilməsi, o cümlədən həmin məqsədlə ilkin və
təkrar müayinə edilməsi qaydası qanunvericiliklə müəyyən
olunur.
Təklif edilən dəyişikliyə əsasən, sığorta hadisəsi nəticəsində
zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi
dərəcəsinin müəyyən edilməsi qaydası müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)
tərəfindən müəyən olunacaq.

