
Suriya Prezidenti Əhməd əl-Şara ilə görüşündə Putinin Suriyaya mümkün səfəri müzakirə olunmayıb.
APA-nın Moskva bürosu xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Putinin Suriya lideri ilə danışıqlarının gündəmində Rusiya hərbi bazaları mövzusu olub.
Peskov, Suriya ilə hərbi bazaların taleyi ilə bağlı razılığın əldə edilib-edilmədiyi və Şaraanın Əsədin ekstradisiyasını tələb edib etmədiyi ilə bağlı suala belə cavab verib: “Bazalar məsələsi gündəmdə olub. Bu kontekstdə Əsədlə bağlı deyəcək bir şeyimiz yoxdur”.

