Narkotacir 47 kq marixuana ilə saxlanıldı

Baş səhifə

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin
əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı
külli miqdarda narkotik vasitənin Bakı şəhəri və Abşeronda
rayonunda satışının qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Dİn möəlumat yayıb.

Bildirilib ki, Abşeron rayonunda baş tutan tədbir zamanı 39
yaşlı əvvəllər də narkotiklə bağlı cinayət törətdiyi üçün azadlığı
məhdudlaşdırılan Nurlan Allahverdiyev saxlanılıb. Ondan 47 kiloqram
tərkibinə zərərli maddələr əlavə edilmiş marixuana aşkarlanıb.
Araşdırma zamanı N.Allahverdiyevin ölkə ərazisində narkotiklərin
satış və qanunsuz dövriyyəsini təşkil etdiyi müəyyən edilib.




Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.