Suriyada avtobus partladılıb, ölənlər var

Baş səhifə
Suriyada avtobus partladılıb, ölənlər var

Suriyada avtobusun partladılması nəticəsində bir neçə nəfər ölüb və yaralanıb.

“Report” “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə “Əl-İxbariyə” dövlət telekanalı məlumat yayıb.

Bildirilib ki, avtobus Suriyanın Deyr əz-Zor vilayətində neft obyektlərindən birinin mühafizəçilərini daşıyırdı.

Sərnişinlərin və ölənlərin dəqiq sayı məlum deyil. Hücuma görə məsuliyyəti hələ heç kim öz üzərinə götürməyib.