
Xankəndi.Trend:
Ağdamın üç kəndində artıq məskunlaşma başa çatıb
Trend-in
Qarabağ bürosu xəbər verir ki, bunu Xankəndidə keçirilən “III
Azərbaycan Milli Şəhərsalma Forumu”nda çıxış edən Prezidentin
Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi Emin
Hüseynov deyib.
Onun sözlərinə görə Ağdamın kəndlərinə təxminən 4 min nəfər geri
qayıdıb:
“Hazırda bölgədə iqtisadi cəhətdən aktiv əhali 2 200 nəfərdir,
işsizlik səviyyəsi isə 8 faizdən aşağıdır”.
Emin Hüseynov qeyd edib ki, gələn ay Ağdama 900 ailənin köçü
planlaşdırılır.


