
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 44,7 milyon ABŞ
dolları dəyərində 148,1 min ton neft koksu ixrac edilib.
Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövrü ilə
müqayisədə dəyər ifadəsində 31,3 milyon ABŞ dolları və ya 3,3 dəfə
çox, həcm ifadəsində isə 10,8 min ton və ya 6,8% azdır.
Hesabat dövründə neft koksunun ixracı Azərbaycanın ümumi
ixracında 0,24% paya malik olub.
Eyni zamanda cari ilin yanvar-sentyabr aylarında Azərbaycandan
1,1 milyon ABŞ dolları dəyərində 4,3 min ton neft bitumu ixrac
edilib ki, bu da 2024-cü ilin eyni dövrü ilə müqayisədə dəyər
ifadəsində 933 min ABŞ dolları və ya 5,8 dəfə, həcm ifadəsində isə
3,2 min ton və ya 4,1 dəfə çoxdur.
Hesabat dövründə neft bitumunun ixracı Azərbaycanın ümumi
ixracında 0,01% paya malik olub.


