Azərbaycana gətirilən elektromobillərin sayı azalıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin yanvar-asentyabr aylarında Azərbaycana xaricdən 1 559
elektromobil gətirilib.

Trend bu
barədə Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Bildirilib ki, bu sayda elektromobillərin idxalının dəyəri
44,210 milyon ABŞ dolları olub.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi
ilə 686 ədəd və ya 30,5%, dəyər ifadəsi ilə isə 40,410 milyon ABŞ
dolları və ya 45,6% azdır.




Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycana 85
257ədəd avtomobil idxal edilib. Bu sayda avtomobilin idxalına
çəkilən xərcin həcmi 1,605 milyard ABŞ dolları olub.

Avtomobil idxalı ötən ilin eyni dövrü ilə müqayisədə miqdar
ifadəsi ilə 18 972 ədəd və ya 28,6%, dəyər ifadəsi ilə 336,585
milyon ABŞ dolları, yaxud da 26,5% artıb.

Dövr ərzində ölkəyə 68,977 milyon ABŞ dolları dəyərində 652 ədəd
sürücü daxil olmaqla, 10 nəfər və ya daha çox adam daşımaq üçün
nəzərdə tutulmuş mühərrikli nəqliyyat vasitələri, 1,432 milyard ABŞ
dolları dəyərində 78 205 ədəd əsasən adam daşımaq üçün nəzərdə
tutulmuş minik avtomobilləri və digər mühərrikli nəqliyyat
vasitələri idxal edilib.