Tramp: Ukrayna hücumlara hazırlaşa bilər

Baş səhifə
Tramp: Ukrayna hücumlara hazırlaşa bilər

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hücumlara hazırlaşa bilər.

“Report” xəbər verir ki, o, ABŞ-nin Federal Təhqiqat Bürosunun (FTB) direktoru Keş Patellə birgə mətbuat konfransında jurnalistin sualını cavablandırarkən belə mövqe ortaya qoyub.

ABŞ-nin Ukraynaya “Tomahawk” raketlərindən başqa silahların verilməsini nəzərdən keçirib-keçirməməsi sualına Tramp digər variantları araşdırdığını söyləyib. “Bu barədə qərar verməliyəm”, – Ağ Evin rəhbəri deyib.

Amerika liderinin sözlərinə görə, oktyabrın 17-də ukraynalı həmkarı Volodimir Zelenski ilə qarşıdakı görüşdə o, Rusiya-Ukrayna müharibəsini müzakirə etmək niyyətindədir. Lakin Tramp söhbətin nədən getdiyini açıqlamayıb.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin daha əvvəl “Tomahawk”ların Kiyevə tədarükünün rəsmi Moskva ilə Vaşinqton arasındakı münasibətləri pozacağını deyib.