“Neftçi” basketbol klubu Avropa Kubokuna məğlubiyyətlə başlayıb

Baş səhifə

Bakı. Trend:

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunun əsas
mərhələsində mübarizəyə başlayıb.

Trend-in
məlumatına görə, paytaxt təmsilçisi I qrupda Polşanın “Trefl” klubu
ilə üz-üzə gəlib.




Soport şəhərində yerləşən “Sopot Centennial” idman zalında
keçirilən matç rəqibin 92:63 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, “Neftçi” Avropa Kubokunda növbəti oyunlarını “Kalev/Kramo” (Estoniya) və “Bursaspor” (Türkiyə) komandalarına
qarşı keçirəcək.