
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 16-sına olan xronikasını təqdim edir.
– Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya
kanalına müsahibə verib.
– Prezident İlham Əliyev Azərbaycan Ordusu Xocavənd rayonunun
daha üç kəndini işğaldan azad edilməsi ilə bağlı paylaşım edib:
– Ermənistanın artilleriya batareyası məhv edilib, alay komandirinin müavini yaralandı. Gecə
düşmənin məhv edilən hərbi texnikasının siyahısı açıqlanıb.
– Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan
silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar
nəticəsində 47 dinc sakin ölüb, 222 nəfər xəsarət alıb.
– Müdafiə Nazirliyi Xocavəndin işğaldan azad olan kəndlərinin
videogörüntüsünü yayıb.
– Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan
silahlı qüvvələri Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmaqda davam
edib.
– Ermənistan Ordubada raket zərbəsi endirib.
– Ermənilər Ağdam rayonunun Əhmədağalılar kənd qəbiristanlığını
ağır artilleriya atəşinə tutub.
– Müdafiə Nazirliyi İşğaldan azad olunan Hadrut qəsəbəsindən
yeni videogörüntülərini yayıb. Azad olunan sərhəd
zastavalarımız üzərində dövlət bayrağımız ucaldılıb.

