
Bakı. Trend:
Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını kəskin
şəkildə genişləndirərək, onu birdən-birə 90 bənd artırıb.
Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.
Siyahıya xüsusilə Milli Ödəniş Kartları Sistemi (MÖKS), bir sıra
banklar və şirkətlər, həmçinin Rusiya ilə əlaqəli olan 51 gəmi
daxil edilib.
Bundan əlavə, “Lukoil”, “China Merchants Bank”, eləcə də Çindən
və Türkiyədən olan bir sıra mikroelektronika təchizatçıları da
“qara siyahıya” düşüb.
MÖKS “Mir” kartlarının operatorudur və 2024-cü ilin fevral
ayından ABŞ sanksiyaları altındadır.
Qeyd edək ki, ötən ay Aİ diplomatiyasının rəhbəri Kaya Kallas
Avropa İttifaqının qarşıdakı 19-cu sanksiyalar paketində Rusiya
ödəniş sisteminə qarşı məhdudiyyətlərin tətbiq olunacağını elan
etmişdi.


