
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Hikmət Hacıyev Almaniyanın Xarici İşlər nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə görüş keçirib.
APA xəbər verir ki, o bu barədə özünün “X” hesabında məlumat verib.
“Almaniyanın Xarici İşlər Nazirliyinin dövlət katibi Geza Andreas von Geyr ilə regional məsələləri, regionda sülhün möhkəmləndirilməsini və ikitərəfli gündəliyi, o cümlədən konnektivlik layihələrini müzakirə etdik. Azərbaycan həmişə Almaniya ilə dost və yaxşı münasibətlərə malik olub” Hikmət Hacıyev qeyd edib.


