
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar
Respublikasının xarici ticarət dövriyyəsi 93,1 milyon ABŞ dolları
təşkil edib.
Bu barədə Trend Muxtar Respublikanın Dövlət Statistika
Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu göstərici 2024-cü ilin eyni ayları ilə
müqayisədə 4,7% azdır.
Hesabat dövründə muxtar respublikadan 10,3 milyon ABŞ dolları
dəyərində məhsul ixracı qeydə alınıb ki, bu da ötən ilin eyni
aylarındakı göstərici ilə müqayisədə 29,8% çoxdur.
Eyni zamanda, cari ilin ilk 9 ayında muxtar respublikaya 82,8
milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Bu isə illik
müqayisədə 7,8% azalma deməkdir.


