Azərbaycanda metrodan istifadə edənlərin sayı azalıb

Baş səhifə

Bakı. Trend

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda metro
nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 162,6
milyon nəfər olub.

Trend bu
barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.




Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
2,4% azdır.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr ayları ərzində yük və
sərnişin daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq
olaraq 2,5% və 5,4% faiz artıb. Nəqliyyat sektorunda fəaliyyət
göstərən təsərrüfat subyektləri tərəfindən 177,7 milyon ton yük
daşınıb. Yüklərin 3,9%-i dəniz, 7%-i dəmir yolu, 0,2%-i hava,
61,3%-i avtomobil nəqliyyatı, 27,6%-i isə boru kəməri ilə
daşınıb.