Suriya lideri Kremlə gedib

Baş səhifə

Bakı. Trend:

Moskvada rəsmi səfərdə olan Suriya prezidenti vəzifəsini icra
edən Əhməd əl-Şəraa Rusiya prezidenti Vladimir Putinlə danışıqlar
aparmaq üçün Kremlə gəlib.

Trend bu barədə
Rusiya KİV-ə istinadən xəbər verir.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun sözlərinə görə, Rusiya
ilə Suriya liderləri arasında aparılacaq danışıqlar zamanı
Rusiyanın Suriyadakı hərbi bazaları mövzusu, çox güman ki, müzakirə
ediləcək.




KİV-lər yazır ki, əl-Şəraa keçmiş Suriya lideri Bəşər Əsədin
təhvil verilməsini tələb edəcək.

Qeyd olunur ki, Suriyanın yeni hakimiyyəti keçmiş dövlət
başçısını ədalət mühakiməsinə cəlb etmək üçün onun təhvil
verilməsini istəyir.