Qatarlar tuneldə niyə gözləməli olur? – AÇIQLAMA

Baş səhifə

Bakı.Trend:

Metropoliten xətlərində qatarların hərəkətinə ən çox təsir edən
hallar qatarların qapılarına müdaxilə və hüdud xəttinin
keçilməsidir.

Bunu Trend
açıqlamasında “Bakı Metropoliteni” QSC-nin İctimaiyyətlə əlaqələr
şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib.

Metropoliten rəsmisi qeyd edib ki, Qırmızı və Yaşıl xətlər “28
May” stansiyasında kəsişərək birləşir. Bu səbəbdən bir istiqamətdə
yubanma hər iki xətt üzrə qatarların hərəkətinə təsir edir və
yubanmalara səbəb olur:




“Nəticədə, sistem avtomatik olaraq qatarların təhlükəsizlik
zonasına daxil olmasına icazə vermir. Belə olduqda arxadan gələn
qatarlar məcburən stansiya və tunellərdə dayanaraq gözləməli
olur”.

B.Məmmədov vurğulayıb ki, hər iki xəttə təsirləri azaltmaq üçün
həm “İçərişəhər”, həm də “Dərnəgül” marşrutları üzrə qatarların
hərəkətinə mümkün əlavə tənzimləmələr tətbiq edilir.

“Sərnişinlərdən xahiş edirik, intervalın azaldılması şəraitində
qatarların nizamlı hərəkətinə maneələr yaradan və yekunda
sərnişinlərin haqlı narazılığna səbəb olan bu kimi hallara yol
verilməsin”,- qurum rəsmisi əlavə edib.