Aydın Kərimov: Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikiləcək

Baş səhifə

Şuşada 2027-ci ilin əvvəlinə kimi 45 bina tikilib təhvil veriləcək.

APA-Economics” xəbər verir ki, bunu Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov deyib.

O bildirib ki, bu ildən sözügedən binaların artıq tikintisinə başlanılıb:

“800-dən çox mənzil istifadəyə veriləcək və 3 minə yaxın insan bu mənzillərə köçürüləcək. Ümumilikdə, ikinci qayıdış planına qədər Şuşaya 8 min nəfər köçürüləcək:.

Aydın Kərimov əlavə edib ki, bu il ərzində Şuşaya 430 min turist səfər edib, 23 min nəfər gecələyib.