
Bakı. Trend:
Ölkənin birinci bankı Kapital Bank-ı təmsil edən komanda Bakıda
keçirilən və kibertəhlükəsizlik sahəsində regionun ən böyük
tədbirlərindən sayılan “CIDC-2025” kibertəhlükəsizlik festivalında
böyük əzm nümayiş etdirərək adını qaliblər sırasına yazdırıb.
Komanda festival çərçivəsində təşkil olunan “Ağıllı şəhərlərdə
kibermüharibə” yarışmasında üçüncülük əldə edib. Banklar arasında
ən yüksək nəticə göstərən komanda qazandığı 5000 AZN mükafatı
bankın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılan “Qırmızı
Ürəklər Fonduna” ianə etməklə sosial təşəbbüsə imza atıb.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti
(XRİTDX) və Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) birgə
təşkilatçılığı ilə həyata keçirilən “CIDC-2025” kibertəhlükəsizlik
festivalı bu il rekord iştirakçı sayı ilə diqqət çəkib. Ümumilikdə
2 245 ziyarətçi, 934 təlim iştirakçısı, 51 komanda və 56 tərəfdaş
təşkilatın qatıldığı tədbir kritik infrastrukturun müdafiəsi,
informasiya təhlükəsizliyi, rəqəmsal sabitlik və süni intellektin
tətbiqi sahəsində qabaqcıl beynəlxalq təcrübələrin paylaşılmasına
xidmət edib.
İki gün ərzində iştirakçılar “Ağıllı şəhərlərdə kibermüharibə”
kimi gərgin yarışlarda bacarıqlarını sınayaraq kibertəhlükəsizlik
üzrə yerli və xarici ekspertlər tərəfindən təşkil edilən 10
təqdimat və 5 panel müzakirəsində iştirak ediblər. Onlar, həmçinin
Azərbaycanda “Hack The Future 2” proqramı üzrə ödənişsiz
təlimlərindən faydalanaraq kibertəhlükəsizlik həlləri sərgisi ilə
tanış olublar.
Qeyd edək ki, Kapital Bank rəqəmsal transformasiya prosesində
kibertəhlükəsizliyi əsas prioritet hesab edir və bu sahədə daima ən
yeni texnologiyaları tətbiq edir.
Bank daxili təhlükəsizlik tədbirləri ilə yanaşı, müştərilərin
maarifləndirilməsi istiqamətində də ən aktiv maliyyə qurumlarından
biridir. Bank mütəmadi olaraq fırıldaqçılıq, fişinq və digər
kibertəhdidlərə qarşı məlumatlandırma kampaniyaları, sosial media
paylaşımları edərək, müştərilərinin maliyyə məlumatlarını qorumağa
kömək edir. Həmçinin, “Dayan, düşün, dəqiqləşdir!” kampaniyası
çərçivəsində ənənəvi və rəqəmsal media kanalları, təlimlər, video
materiallardan istifadə edərək müştərilərinin maarifləndirilməsinə
xidmət edir.
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və
Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 52 şöbəsi ilə
müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha
ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196
Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan
səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi
üçün – https://kbl.az/prgtk, Birbank kartı
sifarişi üçün – https://kbl.az/prcrc.

