Pakistan–Əfqanıstan sərhədində silahlı insident qeydə alınıb

Baş səhifə

Bakı. Trend:

Pakistan ordusu Əfqanıstan ərazisində yerləşən terrorçu
qruplaşmaların mövqelərinə zərbə endirib.

Trend xəbər verir ki, bu
barədə ölkənin PTV dövlət televiziyası məlumat yayıb.




Bildirilib ki, oktyabrın 14-ü axşam saatlarında “Taliban”
qüvvələri və “Fitna əl-Həvaric” qruplaşmasının silahlıları
Pakistanın sərhəd məntəqələrini atəşə tutublar.

Cavab əməliyyatı zamanı Pakistan ordusu qarşı tərəfin bir sərhəd
postunu və tank atəş mövqeyini məhv edib.