Bakı. Trend:
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün dördüncü
oyununa çıxıb.
Trend xəbər verir ki, B
qrupunda yer alan millimiz Bakıda Şotlandiyanın müvafiq yaş
qrupundan ibarət komandası ilə qarşılaşıb.
“Dalğa Arena”da keçirilən görüş 3:3 hesablı bərabərliklə başa
çatıb.
14 oktyabr
Azərbaycan (U-21) – Şotlandiya (U-21) 3:3
Qollar: Xəyal Əliyev, 49 (pen), Şahin İbrahimov, 79 –
David vatson, 33, Ceyms Vilson, 44, Samuel Hardinq, 90+3
“Dalğa Arena”. Saat 19:00
Baş hakim: Sayat Karabayev
Baş hakimin köməkçiləri: Yuri Tixonyuk, Yevgeni Belski
Dördüncü hakim: Saken Bayimbet

