Banqladeşdə fabrikdə yanğın olub, 9 nəfər ölüb

Baş səhifə

Banqladeşin paytaxtı Dəkkədə parça fabrikində yanğın baş verib.

APA “ABC News”a istinadən xəbər verir ki, nəticədə azı 9 nəfər ölüb, daha bir neçə nəfər isə xəsarət alıb.

Yanğın nəzarət altına alınıb və xilasetmə əməliyyatları aparılır.

Ölü sayının artacağı ehtimal olunur.