Qazaxıstan Azərbaycanla neft məhsullarının tədarükü üzrə uzunmüddətli müqavilələr bağlamaqda maraqlıdır – nazir

Baş səhifə

Bakı. Trend:

Qazaxıstan neft məhsullarının tədarükü üzrə Azərbaycanla
uzunmüddətli müqavilələrin bağlanmasında maraqlıdır.

Trend xəbər verir
ki, bunu Qazaxıstanın nəqliyyat naziri Nurlan Sauranbayev Bakıda
Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə
Hökümətlərarası komissiyanın 21-ci iclasında etdiyi çıxışda
deyib.

“Enerji sahəsində bizim həqiqi strateji tərəfdaşlığımız var. Biz
SOCAR və “Kazmunayqaz”ın neftin Transxəzər marşrutu ilə nəqli
sahəsində əməkdaşlığını yüksək qiymətləndiririk”, – deyə o qeyd
edib.

Sauranbayev həmçinin “yaşıl enerji”nin ötürülməsinin böyük önəm
kəsb etdiyini vurğulayıb.




2024-cü ilin noyabrında Bakıda Qazaxıstan, Azərbaycan və
Özbəkistan arasında bərpa olunan enerji sahəsində strateji
tərəfdaşlığa dair üçtərəfli saziş imzalanıb.

“Biz həmçinin atom enerjisinin dinc məqsədlərlə istifadəsi və
enerji tənzimlənməsi sahəsində təcrübə mübadiləsinə hazırıq”,- deyə
o vurğulayıb.

Onun sözlərinə görə, Qazaxıstan süni intellekt sahəsində
tədqiqat və inkişaf mərkəzlərinin yaradılması istiqamətində də
Azərbaycanla birgə işləməyə hazırdır.