
Bu ilin birinci yarısında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi artmaqda davam edərək 501 milyon dollara çatıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,2 dəfə çoxdur.
“APA-Economics” xəbər verir ki, bu barədə Bakıda keçirilən Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 21-ci iclası zamanı energetika naziri Pərviz Şahbazov bildirib.
Onun sözlərinə görə, 2024-cü ildə Azərbaycan və Qazaxıstan arasında qarşılıqlı ticarət dövriyyəsi 50% artaraq 470 milyon dollara çatıb.
“Nəqliyyat əməkdaşlığı baxımından ölkələrimiz arasında tranzit daşımaların artımında müsbət dinamika var. Biz Orta Dəhliz/Trans-Xəzər marşrutunun inkişafı sahəsində əməkdaşlığı dərinləşdirməyə, həmçinin yeni imkanlardan, o cümlədən Zəngəzur dəhlizinin açılması perspektivlərindən yararlanmağa hazırıq”, – nazir vurğulayıb.


