İran Rəşt-Astara dəmiryolunun tikintisinin ilə bağlı yenilikləri açıqlayıb (ÖZƏL MÜSAHİBƏ)

Baş səhifə

Bakı. Trend:

İran Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində
İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolunun tikintisi
prosesini önəmli layihələrdən biri olaraq diqqət mərkəzində
saxlayır.

Bunu Trend-ə
açıqlamasında İranın yol və şəhərsalma naziri və İran-Azərbaycan
arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə
Dövlət Komissiyasının iranlı sədri Fərzanə Sadeq deyib.

İranlı nazir əlavə edib ki, ötən bir neçə ayda əsasən diqqət
mərkəzində saxlanan və fiziki işlərin sürətli şəkildə izlənilməsi
nəzərdə tutulan proyekt Rəşt-Astara dəmiryolunun
birləşdirilməsidir. Rəşt-Astara dəmiryolu Şimal-Cənub Beynəlxalq
Nəqliyyat Dəhlizinin təkmilləşdirən hissədir. Bu dəhliz
çərçivəsində sadəcə bu hissədə dəmiryolu yoxdur. İran tərəfi ilin
sonunadək dəmiryolu xəttinin keçəcəyi ərazinin mülkiyyətinin satın
alınması prosesini başa çatdıracaq. Rusiya tərəfi dəmiryolunun
tikintisi üzrə tədqiqatları başlayıb.

Onun sözlərinə görə, Azərbaycan, İran və Rusiya arasında təşkil
olunan iqtisadiyyat və ticarət üzrə Bakı iclası effektiv iclas idi.
Çünki uzun müddətdir ki, bu iclasın keçirilməsi üçün hazırlıqlar
gedirdi. İclasda qəbul edilən qərarlar və həyata keçirilməsinin
vacib olduğu qeyd olunan məsələlər önəmli idi.

Sadeq bildirib ki, üçtərəfli görüşdə xüsusi qeyd olunan və qəbul
edilən mövzu üç ölkə arasında ildə 15 milyon ton yükün daşınması
ilə əlaqədar perspektivin əldə olunması yol xəritəsinin
hazırlanmasıdır. Təbii ki, bu perspektivi əldə etmək mümkündür və
sözügedən yol xəritəsi ilə qarşıda duran problemlər mütləq şəkildə
həll olunacaq.




“Gələn 3 il ərzində bu dəmiryolunun tikintisində fiziki işlərdə
böyük irəliləyişin əldə olunacağı gözlənilir”, – deyə o qeyd
edib.

Sadeq qeyd edib ki, Bakı iclasında diqqət çəkən digər məsələ üç
ölkənin gömrük rəsmilərinin iştirakı ilə keçirildiyini nəzərə
alaraq tranzit və yükdaşıma prosesinin sadələşdirilməsi idi. Bu
məsələ də iclasda xüsusi şəkildə diqqət mərkəzində saxlanıldı. Bu
istiqamətdə tranzitin böyük hissəsinin sadəcə infrastrukturla
əlaqəli olmadığı bəlli bir məsələdir. Həm dəniz, həm quru yol, həm
də dəmiryolu ilə müxtəlif sadələşdirmələrin nəzərdə tutulması böyük
əhəmiyyət kəsb edir. Ən önəmli olan isə quru yol ilə yükdaşıma və
tranzit sahəsində sadələşdirmələrin tətbiq olunmasıdır.

İranlı nazir əlavə edib ki, jəm üçtərəfli iclasda, həm də
ikitərəfli görüşlərdə İran-Azərbaycan və Azərbaycan-Rusiya arasında
bütün sərhəd-keçid məntəqələrindən keçən yük maşınlarının sayının
artırılması xüsusi olaraq qeyd edildi.

“Bakı iclasının digər önəm verdiyi məsələ enerji sahəsi, qaz və
elektrik dəhlizlərinin yaradılması idi. Hər üç ölkə bu sahədə
əməkdaşlığın artırılması, praktiki addımların atılması və əldə
olunan razılaşmaların icrasına maraq göstərir. Tezliklə bu sahədə
atılan addımların müsbət nəticələrinin şahidi olacağıq”, – deyə o
qeyd edib.