
Bakı. Trend:
2020-2025-ci illərdə Qarabağda icra olunan 1500-ə qədər
layihələndirmə və tikinti işləri üzrə ümumi satınalma prosedurları
keçirilib.
Trend xəbər
verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına
Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov 30-cu Yubiley Xəzər
İnşaat Həftəsində bildirib.
“Ümumilikdə 9 şəhər, 90-a yaxın kənd və qəsəbəni əhatə etməklə
cari ilin 8 ayında 260-dan artıq satınalma prosesi həyata
keçirilib”, – o qeyd edib.

