Lətif Hüseynov: Hakimlərin müstəqilliyinə müdaxilə edilə bilməz

Baş səhifə
Lətif Hüseynov: Hakimlərin müstəqilliyinə müdaxilə edilə bilməz

Məhkəmələrdə hakimiyyət bölgüsü heç zaman şübhə altına atılmamalıdır.

“Report” xəbər verir ki, bunu Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) hakimi Lətif Hüseynov oktyabrın 14-də “Məhkəmə hakimiyyəti ilə dövlətin digər iki hakimiyyət qolu arasında əlaqələr” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, qanunvericilik əsasında məhkəmə hakmiyyətin qurulması çox vacib bir məsələdir:

“Hakimlərin müstəqilliyinə heç kim müdaxilə edə bilməz. Bir hakimiyyət qolu digərinə qarşı dominant ola bilməz. Əgər tarazılıq pozularsa, bu, digər hakimiyyət qolunun müstəqilliyinə zərbə vura bilər”.