
Bakı. Trend:
Alimlər ABŞ sahilləri boyunca Kaskadiya subduksiya zonasının ən
güclü zəlzələlərdən birinə səbəb ola biləcəyindən
narahatdırlar.
Trend-in
məlumatına görə, abu barədə “The New York Times” xəbər yayıb.
Subduksiya zonasında iki tektonik plitə qarşılaşır; Kaskadiya və
Xuan-de-Fuka plitələri Şimali Amerika plitəsinin altına dalır.
Qəzet Oreqon Dövlət Universitetinin professoru Kris
Qoldfingerdən sitat gətirərək yazır: “İnsanlar Kaskadiya haqqında
tez-tez deyirlər: ‘Zəlzələ baş verəndə bu, Şimali Amerika tarixində
ən böyük fəlakət olacaq.’”
Alimlər hesab edirlər ki, Kaskadiyada baş verəcək zəlzələ
Kaliforniyadakı San-Andreas qırılma zonasına da təsir göstərə
bilər.


