Bakı. Trend:
“Alisa” qasırğası İspaniyanın şərqində təsirini göstərib.
Trend xəbər verir
ki, AEMET meteoroloji xidməti Valensiyada qırmızı, Kataloniya və
Balear adalarında isə narıncı həyəcan siqnalı elan edib.
Tufanla birlikdə leysan, dolu və güclü külək gözlənilir.
Leysan səbəbindən Kataloniyanın Qandiya və Şerako yaşayış
məntəqələri arasında qatarların hərəkəti dayandırılıb. Bölgədə
avtomobil yollarının təmizlənməsi üçün ağır texnika cəlb
olunub.
Qodallda onlarla ev su altında qalıb, bələdiyyə binası qismən
dağıdılıb, onlarla avtomobili isə sel suları aparıb. Yerli bar
sahibi Blanka Ballester “La Vanguardia” nəşrinə bildirib: “Biz
ikinci mərtəbəyə qalxdığımız üçün xilas olduq. Cəmi bir neçə dəqiqə
ərzində meydan dənizə çevrildi”.
Valensiyada fırtına 400-ə yaxın yol qəzasına səbəb olub.

