
Bakı. Trend:
Prezident Tramp bölgəmizdə sülhü təmin etmək qabiliyyətinə malik
olan yeganə liderdir.
Trend xarici KİV-lərə
istinadən xəbər verir ki, bunu Misir Prezidenti Əbdülfəttah əs-Sisi
Yaxın Şərq Sülh Sammitində iştirak etmək üçün Şarm əl-Şeyxə gələn
ABŞ Prezidenti Donald Trampla ikitərəfli görüşündə deyib.
Misir Prezidenti qeyd edib ki, Trampın Qəzzanın yenidən
qurulmasında böyük rol oynamasını istəyirik: “Qəzzaya humanitar
yardımın daxil olması təmin edilməlidir”
Bundan başqa, Əbdülfəttah əs-Sisi ABŞ Prezidentinə Qəzzada
atəşkəs razılaşmasının əldə edilməsi ilə bağlı verdiyi töhfəyə görə
təşəkkürünü bildirib.
Qeyd edək ki, Yaxın Şərq Sülh Sammitində 20-yə yaxın dövlət və
hökumət başçısı iştirak edir. Sammitdə Yaxın Şərqdə sülhlə bağlı
rəsmi imzalanma mərasiminin olacağı gözlənilir.


