Meksikada leysan yağışları nəticəsində ölənlərin sayı artıb

Baş səhifə

Bakı. Trend:

Meksika hökuməti ölkənin mərkəzi və şərq ştatlarını vuran leysan
yağışları nəticəsində ölənlərin sayının 64 nəfərə çatdığını
bildirib və zərərçəkənlərə yardım işlərini gücləndirib.

Trend xəbər verir ki, bu
barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.




Məlumata görə, hökumət əsas xidmətləri bərpa etmək və təbii
fəlakətdən zərər çəkən sakinlərə dəstək vermək üçün mərkəzi Puebla
əyalətində, Veracruz, Hidalgo və Queretaro vilayətlərində, eləcə də
San Luis Potosinin şimal və mərkəzi hissələrində 139 bələdiyyəyə
təcili yardım göstərir.