
Bakı. Trend:
Özbəkistanın Səmərqənd vilayətində “Birlik – 2025” birgə
regional təliminin koordinasiya toplantısı keçirilib.
Müdafiə Nazirliyindən Trend-ə
verilən məlumata görə, təlimə cəlb edilən Azərbaycan, Qazaxıstan,
Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından olan
kontingentlərin rəhbər heyəti təlimin tapşırıqları ilə tanış
olublar.
Regional təlimin başlanğıc mərhələsi üzrə fəaliyyətlər bölmələr
tərəfindən icra edilib.
“Birlik-2025” regional təlimində Azərbaycanın komando və PUA
heyətləri təlimin əsas mərhələsinin 20 taktiki epizodu üzrə 14
fəaliyyətin icrasında iştirak edəcəklər.


