Bakı. Trend:
Böyük Britaniyanın Baş naziri Kir Starmer bu gün Misirin Şarm
əl-Şeyx şəhərində keçirilən Sülh Sammiti çərçivəsində Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Trend xəbər verir ki, bu
barədə Baş nazirliyin ofisi məlumat yayıb.
Məlumata görə, Kir Starmer Prezident Ərdoğana atəşkəsin əldə
olunması və müharibəyə son qoyulması prosesində oynadığı mühüm
roluna görə təşəkkür edib.
Tərəflər bildiriblər ki, mövcud vəziyyət dönüş nöqtəsi olmalı və
sülh planının həyata keçirilməsi istiqamətində irəliləyiş davam
etdirilməlidir.
Görüş zamanı, həmçinin iki ölkə arasında ortaq prioritetlər
müzakirə olunub və müdafiə sahəsində daha sıx əməkdaşlıq barədə
razılıq əldə edilib.

