
Bakı. Trend:
Slovakiyanın şərqində yerləşən Rojnava qəsəbəsinin ərazisində
iki ekspress qatarı toqquşub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində onlarla sərnişin müxtəlif
dərəcəli xəsarətlər alıb, onlardan ikisinin vəziyyəti ağırdır.
İnsident vaxtı qatarlarda ümumilikdə 80-ə yaxın sərnişinin
olduğunu bildirsə də, təfərrüatlar barədə məlumat verilməyib.


