İsrail və region üçün “qızıl dövr” başlayır – Donald Tramp

Baş səhifə

Bakı. Trend:

Bu an İsrail və bütün Yaxın Şərq üçün tarixi şəfəqdir.

Trend xəbər verir
ki, bunu Ağ Ev rəhbəri Donald Tramp Knessetdə çıxış edərkən
bildirib.

“Bu, təkcə müharibənin sonu deyil, həm də terror və ölüm
dövrünün sonu, inam, ümid və Tanrı dövrünün başlanğıcıdır, bu,
İsrail və regionun bütün xalqları üçün böyük razılaşma və davamlı
harmoniyanın başlanğıcıdır, o region ki, yaxın zamanda həqiqətən
möhtəşəm bir məkana çevriləcək”,- Tramp bildirib.




O, xüsusilə İsrailin baş naziri Benyamin Netanyahunun
liderliyini qeyd edib: “Mən qeyri-adi cəsarət və vətənpərvərlik
nümayiş etdirən, tərəfdaşlığı sayəsində bu əlamətdar günün
gerçəkləşməsində mühüm rol oynamış bir şəxsə minnətdarlığımı
bildirmək istəyirəm. Siz kimin haqqında danışdığımı bilirsiniz –
yalnız bir belə insan var , baş nazir Benyamin Netanyahu”.

Tramp həmçinin, ABŞ-nin rolunu vurğulayıb: “ABŞ üçün indi olduğu
kimi, bu, İsrailin və Yaxın Şərqin “qızıl dövrü” olacaq. Mən bir
çoxlarının tamamilə mümkünsüz hesab etdiyi bu nailiyyətin əldə
olunmasında əvəzsiz kömək göstərən bir neçə böyük amerikalı
vətənpərvərə təşəkkür etmək istəyirəm. Bütün bunlar, bizimlə
birlikdə çalışan istedadlı insanlar sayəsində mümkün oldu”.