ABŞ İrana hücumdan sonra daha 28 ədəd B-2 təyyarəsi sifariş verib

Baş səhifə

ABŞ daha 28 B-2 bombardmançı təyyarələri sifariş verib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp İsrail parlamentindəki çıxışında deyib.

Tramp iyun ayında İranın nüvə təsisatlarına hücum barədə danışarkən ABŞ-ın bu təyyarələrdən istifadə etdiyini bildirib və daha 28 B-2 təyyarəsinin də sifariş olunduğunu bəyan edib.

“B-2-lərlə birlikdə 52 tanker də göndərmişdik. Təyyarələrimiz 37 saat uçuş həyata keçirdilər və bu tankerlər təyyarələri 4-5 dəfə yanacaqla təmin ediblər, – Tramp qeyd edib.