Slovakiyada qatarların toqquşması nəticəsində 100 nəfər xəsarət alıb

Baş səhifə

Slovakiyanın şərqində, Rojnava şəhəri yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb, iki nəfərin vəziyyəti kritikdir.

APA xəbər verir ki, bu barədə TASR agentliyi məlumat verib.

Region polisi məlumat verir ki, hadisə yerinə yardım göstərmək üçün təcili yardım maşınları və xilasedici helikopter göndərilib.

Daxili işlər naziri Matus Sutaj Estok mətbuat konfransında bildirib ki, qəzaya insan səhvi səbəb olub; qatar sürücülərindən biri digərinə yol verməyib. Nazir əlavə edib ki, hələ də üç nəfər qatar qalıqları arasında sıxışıb qalıb və onların vəziyyəti barədə məlumat yoxdur.