Bu marşrut üzrə avtobuslar yenilənir

Baş səhifə

Bakı.Trend:

Paytaxtın Sabunçu dəmoryol stansiyasını “Koroğlu” Nəqliyyat
Mübadilə Mərkəzi və metronun “Dərnəgül” stansiyası ilə
əlaqələndirən 93 nömrəli marşrutda istismar olunan avtobuslar
yenilənir.

Trend xəbər
verir ki, bu barədə Azərbaycan Dövlət Yerüstü Nəqliyyat Agentliyi
məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-dən sərnişinlərin xidmətinə
veriləcək 10 ədəd “King Long” markalı avtobus müasir, ekoloji
cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.




“Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə
hərəkət intervalı 11-12 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş
nağdsız qaydadadır. Marşrut üzrə gedişhaqqı 0,60 AZN müəyyən
edilib”,-qurumdan əlavə edilib.

İctimai nəqliyyat sistemində sərnişinlərə keyfiyyətli xidmətin
göstərilməsi məqsədilə marşrutlarda istifadə olunan avtobusların
yenilənməsi mərhələli qaydada davam etdirilir.