
Bakı. Trend:
2025-ci il üçün iqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının
adları açıqlanıb.
Trend xəbər
verir ki, Nobel Komitəsi oktyabrın 13-də Joel Mokirin “Texnoloji
tərəqqi vasitəsilə davamlı iqtisadi artım üçün zəruri şərtləri
müəyyən etdiyinə görə”, Filipp Aqhionun və Piter Hauittin “Yaradıcı
dağıdıcılıq vasitəsilə davamlı iqtisadi artım nəzəriyyəsinə görə”
Nobel mükafatına layiq görüldüyünü elan edib.


