
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda pərakəndə ticarət
şəbəkəsində istehlakçılara 23,4 milyard manatlıq ərzaq məhsulları
satılıb.
Trend bu
barədə Dövlət Statistika Komitəsindən məlumat əldə edib.
Məlumata əsasən, bu göstərici ötən ilin eyni dövrü ilə
müqayisədə 1,4% çoxdur.
Ərzaq məhsulları üzrə ticarət dövriyyəsinin yekunda xüsusi
çəkisi 50,4% təşkil edib.
Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında pərakəndə
ticarət şəbəkəsində istehlakçılara 46,423 milyard manatlıq, o
cümlədən 25,359 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün
məmulatları, 21,064 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
2024-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə
ticarət dövriyyəsi real ifadədə 3,7 faiz, o cümlədən ərzaq
məhsulları, içkilər və tütün məmulatları üzrə 1,3 faiz, qeyri-ərzaq
malları üzrə 6,8 faiz artıb.


