Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Baş səhifə
Sumqayıtda 800 abonentin qazı kəsiləcək

Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Report”un yerli bürosuna “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt QİS-dən məlumat verilib.

Bildirilib ki, balans qovşağında aparılacaq təmir işləri ilə əlaqədar saat oktyabrın 13-də14:00-dan etibarən Sumqayıt şəhərinin Sahil küçəsində 800 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.

Ərazinin qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.