Azad edilmiş daha bir neçə əraziyə köç olacaq

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın azad edilmiş ərazilərində bərpa, tikinti və
yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Bu çərçivədə
abadlaşdırılmış ərazilərə keçmiş məcburi köçkünlərin ardıcıl olaraq
geri qayıdışı həyata keçirilir.

Trend-in
məlumatına görə, azad edilmiş daha bir sıra ərazilərə köç
olacaq.

Belə ki, Ağdərə rayonu Çapar kəndinə 50, Xocavənd şəhərinə 620,
Güneyxırman kəndinə 210 və Xankəndi şəhərinə 100 məcburi köçkün
ailələri köçürüləcək.




Məlumata əsasən, Azərbaycan Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi artıq bununla bağlı müvafiq
işləri yekunlaşdırıb.

Qurum məcburi köçkün ailələrinin köçürülməsi ilə bağlı “Pelican
Service” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə dəyəri 950 748
manat olan müqavilə bağlayıb.

İşlərin həvalə olunduğu “Pelican Service” MMC 2019-cu ildə
dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 manat olan
şirkətin qanuni təmsilçisi Qurbanov Toğrul Akif oğludur.