HAMAS macarıstanlı girovu azad edib

Baş səhifə

HAMAS-ın azad etdiyi 7 nəfər içərisində Macarıstan vətəndaşı da var.

APA xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün “X” səhifəsində məlumat verib.

“İki ildən çox müddətdən sonra, bir az əvvəl çox gözlənillən xəbər gəldi. HAMAS Omri Miranı Qırmızı Xaça təhvil verib. Beləliklə, sonuncu macarıstanlı girov HAMAS-ın əsarətindən xilas oldur” Peter Siyarto bildirib.

Qeyd edək ki, əldə olunan atəşksə razılaşmasına əsasən bir az əvvəl HAMAS 7 girovu azad edərək Beynəlxalq Qırmızı Xaç Komitəsinə təhvil verib.