
Bakının Əmircan qəsəbəsində qətl hadisəsi baş verib.
APA xəbər verir ki, hadisə oktyabrın 11-də qeydə alınıb. Orada yaşayan 1982-ci il təvəllüdlü Ayxan Fəxrəddin oğlu Mustafayev kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib və orada ölüb. Polis tərəfindən hadisəni törətməkdə şübhəli bilinən 2009-cu il təvəllüdlü R.X. tutulub.
Araşdırma aparılır.
Qətlə yetirilən şəxsin Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı olduğu bildirilir.

