
Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması məqsədilə vahid xəzinə hesabının milli valyutada olan sərbəst qalığının yerli banklarda depozitə yerləşdirilməsi üçün növbəti dəfə depozit hərracı təşkil edib.
Metbuat.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Hərracın nəticələrinə əsasən, vahid xəzinə hesabının 1 milyard 190 milyon manat sərbəst qalığı kapitallaşma və aktivlərinin məbləği səviyyəsinə görə ölkənin ən iri beş bankından dördündə 28 gün müddətinə, 7 % orta çəkili faiz dərəcəsi ilə depozitə yerləşdirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


