Azərbaycan millisi bu gün Ukrayna ilə qarşılaşacaq – DÇ-2026

Baş səhifə

Bakı. Trend:

Azərbaycan milli komandası bu gün DÇ-2026-nın seçmə mərhələsində
növbəti oyununa çıxacaq.

Trend xəbər
verir ki, Ayxan Abbasovun çalışdırdığı komanda səfərdə Ukrayna ilə
qarşılaşacaq.

Polşanın “Krakoviya” stadionunda təşkil olunacaq görüşü
Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

Qrupun digər matçında isə İslandiya millisi Fransanı qəbul
edəcək.

13 oktyabr




DÇ-2026-nın seçmə mərhələsi

D qrupu

22:45. Ukrayna – Azərbaycan
Baş hakim: Sebastian Gişamer
“Krakoviya” stadionu

22:45. İslandiya – Fransa