
Göyçay şəhərində yeşik sexində güclü yanğın hadisəsi başlayıb.
Metbuat.az-ın məlumatına görə, hadisə bu gün saat 21:30 radələrində rayonun Natəvan küçəsində qeydə alınıb.
İlkin məlumata görə, xəsarət alan qeydə alınmayıb.
Hadisə yerinə FHN-nin Göyçay Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Hazırda yanğının genişlənməsinin qarşısı alınır.
Davud Tarverdiyev / Metbuat.az
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


