Azərbaycan cüdoçuları beynəlxalq turnirdə 10 medal qazanıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Qazaxıstanın Aktau şəhərində keçirilən cüdo üzrə Açıq Asiya
Turniri yekunlaşıb.

Trend-in
məlumatına görə, yarışın son günündə milli komandamızın daha 4
idmançısı mükafatçılar sırasında yer alıb.

Qadınların 70 kq çəki dərəcəsində final görüşü Azərbaycan
idmançılarının dueli ilə yadda qalıb. Südabə Ağayeva qızıl, Aytac
Qardaşxanlı isə gümüş medal qazanıb.




78 kq çəki kateqoriyasında çıxış edən Günel Həsənli də gümüş
medala sahib olub. Kişilər arasında Elmar Qasımov (-100 kq) turniri
bürünc medalla başa vurub.

Xatırladaq ki, yarışın əvvəlki günündə Tofiq Məmmədov (60 kq) və
Gültac Məmmədəliyeva (52 kq) qızıl, Hüseyn Allahyarov (60 kq) və
Ülviyyə Bayramova (57 kq) gümüş, Elşən Əsədov (66 kq) və İbrahim
Əliyev (73 kq) isə bürünc medal qazanmışdılar.

Beləliklə, ümumilikdə 3 qızıl, 4 gümüş və 3 bürünc olmaqla 10
medal əldə edən Azərbaycan komandası ümumi sıralamada üçüncü
pillədə qərarlaşıb.