
Müstəqilliyin bərpasından sonra Azərbaycan öz məhkəmə sistemini ədalət və qanunçuluq prinsipləri əsasında qurmağa başladı.
“Report” xəbər verir ki, bunu Ali Məhkəmənin sədri İnam Kərimov Bakıda keçirilən Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının iclasında deyib.
“Bu il həm Konstitusiyamızın 30 illiyi, həm də ölkə ərazimizin bərpasının 5 illiyi ilə bağlıdır. Bütün dünya ədalət mühakiməsi ilə bağlı birgə çalışmağa məcburdur. Əməkdaşlıq qlobal məhkəmə sisteminin əsasını təşkil etməlidir”, – Ali Məhkəmənin sədri vurğulayıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


