
Bakı. Trend:
İtaliyanın Milan şəhərində keçirilən beynəlxalq idman
kinofestivalı – FICTS-də Arzu Urşanın “Arzunun ardınca” (Following
the Dream) filmi “Documentary – Individual Sport” kateqoriyasının
qalibi olub.
Bu barədə Trend-ə Gənclər və İdman Nazirliyindən məlumat
verilib.
Bildirilib ki, nazirliyin dəstəyi ilə çəkilmiş və avqustun 8-də
Bakıda təqdimatı keçirilmiş sənədli film alpinist Elmira Aslanovanı
Everest zirvəsinə aparan yoldan bəhs edir.

