Azərbaycan Basketbol Liqasında II tura yekun vurulur

Baş səhifə
Azərbaycan Basketbol Liqasında II tura yekun vurulur

Azərbaycan Basketbol Liqasında II tura bu gün yekun vurulacaq.

“Report”un məlumatına görə, son olaraq iki oyun keçiriləcək.

“Sərhədçi” “Lənkəran”la, “Naxçıvan” “Sumqayıt”la üz-üzə gələcək.

B qrupunun qarşılaşmaları müvafiq olaraq saat 14:00 və 19:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Neftçi” “Şəki”yə (92:68), “Ordu” “Quba”ya (96:68), “Abşeron Lions” “Gəncə”yə (96:94), “Sabah” isə NTD-yə (133:65) qalib gəlib.